Şirvan şəhəri üzrə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib -Fotolar
Tarix: 14-09-2023 | Saat: 19:17
Bölmə:Təhsil | çapa göndər
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
AİA.Az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-2023-cü tədris ilini böyük uğurlarla başa vuraraq, tələbə adını qazanan bütün məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb. İlqar Abbasov təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər.
Bu il Şirvan şəhər ümumtəhsil müəssisələrindən 296 nəfər məzunun müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazandığını, 33 nəfərin 500-600 arası, 17 nəfərin isə 600-700 arası bal topladığını diqqətə çatdırıb.
Sonra çıxış edən məzunlar onlara göstərilən diqqət və etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək nəticə göstərən məzunlara şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynalın həyat yoldaşı Firuzə Zülfüqarlı yüksək balla Xəzər Universitetinə qəbul olunaraq, tələbə adını qazanmışdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024