Mobil versiya
Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA
Tarix: 13-09-2023 | Saat: 13:13
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr olaraq biz 1 trilyon dolları keçən iqtisadi böyüklüyə malik qlobal gücə çevrilmə potensialına malik bir cəmiyyətik.

aia.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu İstanbulda keçirilən Türkiyə Dövlətləri Təşkilatının (TDT) Multimodal Nəqliyyat və Logistika Forumunda deyib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir: "Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçirilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Biz bütün region ölkələrinin faydalanacağı bu xətti, o cümlədən onun əlaqələrini mümkün qədər tez başa çatdırmaq üçün Azərbaycanla çox sıx işləyirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024