Azərbaycanlı alim MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib
Tarix: 12-09-2023 | Saat: 10:36
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.
Alim 14-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasında keçiriləcək MDB Ölkələri Pediatrları Federasiyasının “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda X Yubiley Konqresinə dəvət alıb.
Konqresdə ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə ediləcək. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssilərinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri təcrübə mübadiləsi aparacaqlar.
Həmçinin MDB ölkələrində ana və uşaq sağlamlığı xidmətinin hazırkı vəziyyəti, sağlam və xəstə uşaqlar üçün qidalanma, uşaqlarda minimal invaziv, endo və laparoskopik cərrahiyyə məsələləri, İİV/QİÇS problemi, reproduktiv sağlamlıq və hüquqlar, antenatal baxımın vəziyyəti və problemləri, pediatriyada profilaktik təbabətin inkişafının elmi və praktiki aspektləri, uşaqlara ixtisaslaşmış və yüksək texnologiyalı qayğının göstərilməsinin təşkilati, kliniki aspektləri və digər aktual məsələlərə dair müvafiq tövsiyələr hazırlanacaq.
Konqresdə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə Azərbaycanda bioetikanın inkişafı və tibbdə tədrisinin təşkilinə, eləcə də Azərbaycan Pediatrlar Assosiasiyasının 100 ilə yaxın müddətdə ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafında xidmətlərinə dair çıxış edəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu