Kürdəmir səhiyyəsi dinamik inkişaf yolundadır
Tarix: 09-09-2023 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər
Baş həkim Tarix İslamovun rəhbərliyi altında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında çalışan təcrübəli həkimlər əhaliyə yüksək səviyyədə tibbi xidmətlər göstərirlər
Bu gün Azərbaycan dövləti tərəfindən əsas prioritet kimi müəyyən edilmiş istiqamətlərdən biri də ölkəmizdə səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkilidir. Ölkə rəhbərliyinin və birbaşa cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Bu gün özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Kürdəmir rayonudur.
Dövlət qayğısı regionlarda səhiyyənin inkişafını təmin edir
Məlum olduğu kimi, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 182 carpayılıq binası 2012-ci il 26 dekabr tarixində əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilmişdir. Xəstəxananın təmirinə 2010-cu ilin iyun ayında başlanmışdır. Xəstəxana 3 korpusdan və 14 şöbədən ibarətdir. Bütün şöbələr müasir tələblərə cavab verən avadanlıqlarla təhciz olunmuşdur. Xəstəxanada böyrək xəstəliyindən əziyyət cəkən xəstələr üçün 5 çarpayılıq Hemodialez şöbəsi yaradılmışdır. Xəstəxanada cəmi 472 nəfər işçi çalışır, onlardan 44 həkim 182 orta tibb işçisi 170 kiçik tibb işçisi 76 nəfər isə digər personaldır.
Bu gün ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu hər zaman xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Diqqətəlayiq haldır ki, ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.
Peşəkar həkimlər rayon səhiyyəsinin uğurlarını təmin edirlər
Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Kürdəmirin tibb işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər xəstəxananın baş həkimi Tarix İslamovdan xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Kürdəmir RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir.
Həqiqətən də bu gün ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Xüsusilə son illərdə Ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Bununla da Azərbaycan səhiyyəsi tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
P.S. Təəssüflər olsun ki, yaradıcı fəaiyyət müşhidə olunduğu sahədən asılı olmayaraq hələ də bəzi insanlarda qısqanclıq və paxıllıq hissi oyadır. O cümlədən bu yaxınlarda bəzi internet saytlarında Kürdəmir RMX-nın fəaliyyətilə bağlı, eləcə də xəstəxananın rəhbərliyi barədə tamamilə əsassız ittihamlarla dolu bir yazı ilə rastlaşmışıq. Buna cavab olaraq, bəzi Kürdəmir sakinləri redaksiyamıza müraciət edərək tənqidi materialda ortaya qoyulan ittihamların əsassız olduğunu və böyük ehtimalla bu yazının qeyri-sağlam rəqabət məhsulu kimi ortaya çıxdığını bildiriblər. Məhz bu səbəbdən biz də mövzu ətrafında müəyyən araşdırma apardıq və gəldiyimiz qənaət də bu oldu ki, Kürdəmir RMX-nın rəhbərliyinə qarşı irəli sürülən ittihamlar həqiqətə qətiyyən uyğun deyil və real faktlara əsaslanmır.
Elman Həsənov
Kənan Cəfərov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025