Gəncədə ilk Sığorta Festivalının bağlanış mərasimi keçirilib
Tarix: 11-09-2023 | Saat: 17:47
Bölmə:Özəl | çapa göndər

Gəncə şəhərinin Heydər Əliyev adına Meydanında ilk Sığorta Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, eləcə də sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Gəncə sakinləri üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Festivalda həmçinin sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədbir iştirakçılarına yerində sığortalanmaq imkanı yaradılıb.
Xatırladaq ki, layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025