Mobil versiya
Lənkəranda YAP rayon təşkilatının Şıxəkəran kənd fəalları ilə görüşü
Tarix: 08-09-2023 | Saat: 13:20
Bölmə:Özəl | çapa göndər

Lənkəranda  YAP rayon təşkilatının Şıxəkəran kənd fəalları ilə görüşü

Şıxəkəran cənub mirvarisi Lənkəran rayonun ən inkişaf etmiş, iri kəndlərindəndir. Buranın əhlisi dövlətinə sadiq olmaqla, torpağa bağlı özünə halal zəhmətlə yaxşı güzəran qurmağı bacarırlar. Kənd həmişə özünün yüksək siyası düşüncəyə malik, təsərrüfatı dərindən bilən gözəl, xeyirxah insanları ilə seçilib.
Bu günlərdə YAP Lənkəran rayon təşkilatı Şıxəkəran kənd ərazi partiya təşkilatında partiya üzvləri və partiya fəalları ilə görüş keçirildi.
Görüşdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söhbət açdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasətinin əhəmiyyətini açıqladı.
Daha sonra VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişikliklərə toxunan sədr Partiyanın yeni qəbul edilən Nizamnaməsi, eləcə rayon təşkilatlarının əsasnamələri barədə danışdı. Bildirdi ki, dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatların nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı durmadan yaxşılığı doğru dəyişir.
“Xalqımız dövlət başçısının ətrafında sıx birləşib. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu”- deyə fikrini tamamladı.
Görüşdə partiya fəalları çıxışlarında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək bildirdilər ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni etməlidir. Görüşdə, həmçinin partiya üzvləri və fəalları ilə bir sıra cari məsələlər də müzakirə olundu.
Axırda sədri rayon təşkilatın bugünkü, eyni zamanda qarşıdakı fəaliyyət istiqamətləri barədə danışdı, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025