İcra başçısı Qərbi Azərbaycan İcmasının Gəncə üzrə yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb
Tarix: 08-09-2023 | Saat: 12:06
Bölmə:Özəl | çapa göndər
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qərbi Azərbaycan İcmasının müvafiq əmri ilə Gəncə şəhəri üzrə yeni təyin olunmuş nümayəndəsi, professor Mübariz Yusifovla görüşüb.
aia.az xəbər verir ki, görüşdə Gəncə şəhər İHB Aparatının məsul əməkdaşları iştirak ediblər.
İcra başçısı Niyazi Bayramov bildirib ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda uğurlu fəaliyyət göstərir. Hazırda “Qərbi Azərbaycan TV” adı altında internet televiziya kanalının yayımlandığını diqqətə çatdıran şəhər rəhbəri qeyd edib ki, burada Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə geniş yer ayrılıb. İcmanın Gəncə şəhəri üzrə yaranan nümayəndəliyinə müvafiq dəstək göstəriləcəyini vurğulayan N.Bayramov professor Mübariz Yusifova işlərində uğurlar arzulayıb.
Səmimi qəbul üçün şəhər rəhbərinə təşəkkürünü bildirən M.Yusifov qeyd edib ki, İcmanın yerli nümayəndəsi kimi şəhərdə yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması – Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025