Ulu Öndər respublikanın ədliyyə sistemində mühüm islahatlar həyata keçirmişdir
Tarix: 07-09-2023 | Saat: 14:59
Bölmə:Özəl | çapa göndər
Bu il Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. Əlbəttə ki, bu qərar ilk növbədə xalqın iradəsinin ifadəsi və öz xilaskar oğluna olan əbədi sevgisinin, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti bu dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi hər iki tarixi dövrdə bilavasitə xalqımızın maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heç şübhəsiz, həmin plenumu mühüm tarixi hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı.
Məlumdur ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində ölkədə cərəyan edən hadisələr cəmiyyəti vətəndaş müharibəsi, respublikanı isə məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz buna görə də müdrik Azərbaycan xalqı 1993-cü ildə ölkədə Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbini təkidlə irəli sürdü. Faktiki olaraq, Ulu Öndər Heydər Əliyev artıq dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. Müstəqilliyimizin ilk illərində ortaya çıxmış çətinliklərin öhdəsindən ləyaqətlə gələ bilmək üçün xalqı, milləti qələbəyə aparan düşünülmüş strategiya tələb olunurdu. Bu strategiyanın da uğurlu olması üçün onun milli ideyaya əsaslanması zəruri şərtdir. Öz növbəsində milli ideya milli dövlətçilik təfəkkürünə sahib olmayan bir xalqda heç cür formalaşa bilməz. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər zaman diqqət mərkəzinə çəkib. Ulu Öndərin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz əsaslarını təşkil edir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə artıq müstəqil dövlətimizin möhkəm bünövrəsini qoyan Ulu Öndər respublikanın ədliyyə sistemində də mühüm islahatlar həyata keçirmişdir. Qeyd edək ki, ölkəmizdə Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün formalaşdırılıb, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiq edilib. Lakin sovetlər dövründə qurum repressiyalara məruz qalıb, nazirlik dəfələrlə ləğv edilərək yenidən yaradılıb, ədliyyə sisteminin inkişafına ciddi əngəllər törədilib. Ölkəmizdə Ədliyyə Nazirliyinin yenidən dövlət strukturu kimi təşəkkül tapması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlişindən sonra respublikanın ədliyyə sistemində ilk növbədə milli kadr hazırlığına xüsusi diqqət yetirilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib, 1972-ci ildə Nazirliyin əsasnaməsi təsdiq edilib, ədliyyə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, bu sahənin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan ədliyyəsinin inkişafında əsaslı dönüş mərhələsi kimi xarakterizə olunur. Ulu Öndərin gərgin səyləri nəticəsində ölkədə qısa müddət ərzində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni Konstitusiya 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz bu Konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Ulu Öndər həmin dövrdə yeni yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda nüfuzlu söz sahiblərindən birinə çevrilmişdir.
Üç il bundan öncə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə əməl etdi və öz torpaqlarını işğaldan azad edərək, Heydər Əliyev ideyalarının təntənəsini bütün dünyaya nümayiş etdirdi.
Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu gün də məhz Ümummilli Liderimizin siyası kursunu və inkişaf strategiyasını inamla davam etdirən möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində 30 illik erməni işğalına son qoydu. Bu tarixi hadisə bir daha göstərdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir.
Rəşad Qəhrəmanov,
Saatlı rayon Qeydiyyat şöbəsinin rəisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025