Mobil versiya
İcra başçısı MKT İB-nin İxtisaslaşdırılmış Avtomobil parkı üçün alınmış texnikalara baxış keçirib
Tarix: 06-09-2023 | Saat: 14:03
Bölmə:Özəl | çapa göndər

İcra başçısı MKT İB-nin İxtisaslaşdırılmış Avtomobil parkı üçün alınmış texnikalara baxış keçirib

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İxtisaslaşdırılmış Avtomobil parkına müxtəlif təyinatlı yeni texnikalar gətirilib.

aia.az bildirir ki, bununla əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində, Zəfər Tağının önündə sözügedən texnikalara yerində baxış keçirib. Tədbirdə bələdiyyə sədrləri, Gəncə şəhər İHB Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Birliyin sədri Nurəhməd Əhmədov şəhər rəhbərinə məlumat verərək bildirib ki, qurumun maddi-texniki bazasını yüksəltmək məqsədilə 1 ədəd traktor, 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi, 1 ədəd tozsoran, 1 ədəd yollarda çizgi çəkən maşın, 2 ədəd kiçik qabaritli məişət tullantılarının daşınması üçün nəzərdə tutulan motoroller, 1 ədəd odun üyüdən aqreqat alınıb.
İH-nin başçısı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğısı sayəsində MKT İB-nin maşın-mexanizm parkı hər il yenilənir. N.Bayramov şəhərin daha təmiz, səliqəli saxlanılmasında və digər işlərində MKT İB-nin texnikalarının əvəzsiz xidmətləri olduğunu vurğulayıb və tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Gəncə şəhərində əhaliyə göstərilən xidmətlərin və şəhər təsərrüfatında görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə ölkə başçısının müvafiq Sərəncamına əsasən 2019-cu ildə MKT İB-nin balansına 57 müxtəlif təyinatlı yeni texnikalar verilib. Bu gün həmin texnikalar da MKT İB-nin tabeçiliyində olan şöbələr üzrə istismar olunmaqdadır.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025