Mobil versiya
Tədrisi digər dillərdə aparılan məktəblərdə bu fənlər Azərbaycan dilində keçiriləcək
Tarix: 06-09-2023 | Saat: 10:13
Bölmə:Təhsil | çapa göndər

Tədrisi digər dillərdə aparılan məktəblərdə bu fənlər Azərbaycan dilində keçiriləcək

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu ildən bütün məktəblərə tətbiq olunacağını qeyd edib.

Bəs bu yenilik neçənci siniflərdə və hansı məktəblərdə tətbiq olunacaq?

aia.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd edilib ki, cari tədris ilində Azərbaycan tarixi fənni tədris digər dillərdə aparılan bölmələri olan 100 ümumi təhsil müəssisəsinin 5-ci siniflərində Azərbaycan dilində sınaqdan keçiriləcəkdir.

"Hazırda çağırışaqədərki hazırlıq fənni və “Zəfər tarixi” kursu bütün bölmələrdə Azərbaycan dilində tədris edilir. Eyni zamanda “Ortaq türk tarixi” kursu tədris edilən pilot ümumi təhsil müəssisələrində də sözügedən kurs bütün bölmələrdə Azərbaycan dilində aparılır.

Nəticələr qənaətbəxş olduğu təqdirdə növbəti tədris ilindən tədris digər dillərdə aparılan bölmələri olan bütün ümumi təhsil müəssisələrinin 5-ci sinfindən başlayaraq fənnin tədrisi Azərbaycan dilində aparılacaq", - deyə əlavə edilib. /Trend

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024