YAP Qazax rayon təşkilatının partiya fəalları ilə görüşü keçirilib -Fotolar
Tarix: 05-09-2023 | Saat: 19:23
Bölmə:Özəl | çapa göndər
05 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı mənfur qonşularla sərhəddə yerləşən Kəmərli və Qaymaqlı kəndlərində partiya fəalları ilə görüş keçirdi.
AİA.Az xəbər verir ki, görüşlərdə ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, bu yönümdə həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışdı. Rayon təşkilatınnın sədri tarixi ənənələrə malik, Cənubi Qafqazın alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının VII qurultayında Möhtərəm Prezidentimiz, partiya sədrimiz İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrlə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etdi. A.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən, beynəlxalq aləmdə, regionda, ölkəmizdə cərəyan edən hadisələrdən, mövcud ictimai - siyasi durumdan, Möhtərəm Prezidentimizin rəhbərliyi altında tezliklə Qazax rayonunun işğal altında olan yeddi kəndinin də işğaldan azad olunacağından və soydaşlarımızın öz doğma yurd - yuvalarına qayıdacağından böyük ruh yüksəkliyi ilə danışdı. Natiq Ölkə Başçısının diqqət, qayğısı və hörmətli icra başçısının rəhbərliyi ilə Qazax rayonunda görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən də bəhs edərək, partiya fəallarını maraqlandıran sualları cavablandırdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025