Mobil versiya
Sənətkarlıqdan sosial sahibkarlığa -Foto
Tarix: 05-09-2023 | Saat: 09:43
Bölmə:Özəl | çapa göndər

Sənətkarlıqdan sosial sahibkarlığa

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə çərçivəsində dəyirmi masa və sərgi keçirilib.
Lənkəran, Masallı, Lerik və Astaradan olan sənətkarların, mədəni irs sahəsi üzrə ixtisaslaşmış sahibkarlar və mütəxəssislərin qatıldığı tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaqları salamlayaraq onları Lənkəranda görməkdən məmnun olduğunu deyib, onu da bildirib ki, icra olunan layihə cənub regionu üçün böyük əhəmiyyət daşıyır, həmçinin ölkənin bütün bölgələrində təşkil olunması çox vacibdir.
"Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin məqsəd və vəzifələrdən Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova ətraflı məlumat verib. Layihənin mentoru Arif Nəcimov öz çıxışında sənətkarların sahibkarlıq fəaliyyəti və sosial sahibkarlıq haqqında danışıb, eləcə gələcəkdə sənətkarların daha çox cəmiyyətə və ətraf mühitin qorunmasında necə iştirak edə biləcəkləri barədə imkanları təhlil edib .Daha sonra “Leyla Xazari” Rəsm Qalereyasının təsisçisi və rəhbəri Leyla Xəzəri sənətkarların istehsal etdikləri məhsulların brendləşdirilməsinin faydasından və bunun yollarından danışaraq öz dəyərli tövsiyələrini verib.
Tədbir çərçivəsində keçirilən dəyirmi masada iştirakçılar mövzu ətrafında maraqlı fikirlərini paylaşıb, layihənin işçi qrupu tərəfindən iştirakçıları düşündürən suallar cavablandırılıb.
Yekunda tədbir iştirakçıları cənub bölgəsini təmsil edən sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025