Mobil versiya
Mikayıl Cabbarov Çin kommersiya nazirinin müavini ilə görüşdü
Tarix: 04-09-2023 | Saat: 11:28
Bölmə:İqtisadiyyat | çapa göndər

Mikayıl Cabbarov Çin kommersiya nazirinin müavini ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

"Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi apardıq", - o bildirib.

Qeyd edək ki, M.Cabbarov Çində işgüzar səfərdədir. Səfər çərçivəsində Pekində Azərbaycan Ticarət Evinin açılışı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024