Mobil versiya
Azərbaycanda 8 bank bağlanır
Tarix: 16-08-2016 | Saat: 17:24
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda 8 bank bağlanır

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə fəaliyyət göstərən kommersiya bankalarına qarşı yeni tələb irəli sürüb.

MBNP banklara məktub göndərərək anti-böhran proqramlarını təqdim etməyi tapşırıb. Sentyabrın 15-nə kimi tədbirlər planını təqdim etməyən kredit təşkilatlarına qarşı dözümlülük göstərilməyəcəyi bəyan edilib. Yəni böhrana qarşı heç bir proqramı olmayan bankların lisenziyası ləğv edilə bilər.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, MBNP-nın banklara ünvanladığı məktubda problemlərdən çıxışla bağlı tədbirlər planının təqdim etmələri göstərilir. Yəni bankın hansı problemləri var və vəziyyətdən çıxmaq üçün hansı planlar hazırlayıb.

S.Əliyev qeyd edib ki, hər bir bankla ayrı-ayrı görüşlər keçiriləcək: "Sentyabrın 15-nə kimi tədbirlər planını təqdim etməyən banklara sıfır dözümlülük nümayiş etdiriləcək. Həmin banklara qarşı sərt tədbirlər görüləcək. Palatanın bu məktubunun arxasında o dayanır ki, artıq bankların nazı ilə oynamayacaqlar. Şərtləri qəbul etməyən kredit təşkilatların lisenziyasını ləğv edəcəklər. Ən yaxşı halda yüksək cərimə tətbiq ediləcək. Artıq hökumətdən heç bir dəstək gözləmək lazım deyil”.

Belə bir məktub nə üçündür?

Ekspert deyir ki, bankaların vəziyyəti ağırdır: "Bir sıra banklar bağlansa da, bu, ümumi sistemdəki problemi aradan qaldıra bilməyib. Sistemdəki problem ondan ibarətdir ki, bank sektorunun ölkə iqtisadiyyatında rolu zəifləyib. Əsas funksiyalarından olan kreditləşməni həyata keçirə bilmir, əmanət qoyuluşları ilə bağlı vəziyyəti ağırdır. Bank sektoru ölkə iqtisadiyyatında zəif, həssas bir həlqəyə dönüb. Hərəkəti yavaşıldılmış mina rolunu oynayır.

Əgər bunun qarşısı alınmazsa, ölkə iqtisadiyyatında çox böyük fəlakətlər baş verə bilər. Çıxış yollarından biri bankların bağlanmasıdır. Bu məsələ bir müddət Mərkəzi Bankın əsas prioritetlərindən biri idi və bir neçə bankı bağladı. Amma son anda bu addımı dayandırdı. Nəticədə Maliyyə Bazarına Nəzarəti Palatası 4 bankı bağladı”.

S.Əliyev əlavə edib ki, proses bankların bağlanmasını bir qədər də sürətləndirəcək: "Bu gün bazarda 33 bank qalıb. Onların sayının 30-dan da aşağı düşə biləcəyini istisna etmirəm. Neftin qiyməti kəskin yüksəlməzsə və vəziyyət belə davam edərsə, Palata bankların sayını 25-ə qədər azatmaq niyyətindədir. Bankarların bağlanması təkcə onların vəziyyətinin pis olması ilə bağlı deyil, bu həm də starteji bir qərardır. Azərbaycan kiçik bir bazardır. İndiyədək kredit təşkilatları neft pulları, habelə Rusiyadan gələn vəsait hesabına fəaliyyət göstərib. Bu gün hər iki istiqamətdən gəlirlər azalıb. Gələcəkdə indiki saydakı qədər bankların fəaliyyət göstərməsi mümkün olmayacaq. Ölkədə bankların normal fəaliyyət göstərməsi üçün onların sayı azalmalıdır. Bu gün bank xidmətlərindən istifadə edən təbəqənin sayı kəskin azalıb. Belə ki, şirkətlərin sayı azalıb, alqı-satqı prosesi aşağı düşüb. Onların sayının azaldılması, bazarın kiçilməsi ilə əlaqədar olaraq, yerdə qalan bankların xilas olunması ilə bağlı qurulan bir strategiyadır”./Gununsesi.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə