Şəhidlərin xatirəsinə həsr olunmuş futbol yarışı -Foto
Tarix: 01-09-2023 | Saat: 12:43
Bölmə:Özəl | çapa göndər
Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə R. İbadov adına Cil kənd tam orta məktəbinin stadionunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə təşkil edilmiş mini futbol turniri start götürdü və ilk qrup oyunları keçirildi.
Onu da bildirək ki, yarışın açılışına Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarənin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqalları, ziyalıları, eləcə kənd sakinləri qatılmışdı.
Kənd ərazisində şəhidlərin xatirəsinə ucaldılan parkı ziyarət etdikdən sonra tədbir Azərbaycan Respublikası Dövlət Himni oxunması və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışında bütün komandalara uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirən Teymur Babazadə bu siyasətin gələcək nəslin sağlam yetişməsi, eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafı məqsədini daşıdığını bildirdi. O, qeyd etdi ki, nəinki rayonumuzda, regionda da idman yarışlarının, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirlər təşkil edilir, bədən tərbiyəsi və idmanın əsas istiqamətləri müəyyən olunur və davamlı işlər görülür.
Çıxış edən digər natiqlər isə bu kimi tədbirlərin yeniyetmə və gənclərin fiziki inkişafı ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsinin inkişafında böyük önəm daşıdığını bildirdilər.
Yarışan komandalar 13 sentyabra qədər yaşıl meydançada şəhidlərin şərəfini uca tutmaqla qələbə uğrunda mübarizə aparacaqlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025