LAÇIN ŞƏHƏRİ ƏVVƏLKİ ƏZƏMƏTİNƏ GERİ DÖNƏCƏK!
Tarix: 30-08-2023 | Saat: 16:43
Bölmə:Özəl | çapa göndər
26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü cənab Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün cənab Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib. Dövlət başçısının ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Avqustun 26-da cənab Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davam edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".
Bəli, bu qələbə, bu uğur güclü ordumuzun, mərd və əyilməz xalqımızın birliyi, gücü nəticəsində əldə olunub. Çünki Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə məhz xalqımızın inandığı Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə 44 gündə son qoydu. Çünki cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bilir: Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm. Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, cənab Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi.Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Və bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır.
Bir sözlə, cənab Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Və mənfur düşmən də unutmamalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin «Laçın Şəhər Günü»ndə Laçına səfəri və səfər zamanı verdiyi mesajlar bir daha sübut edir ki, işğalçı ölkə nə qədər təxribat aparsa da, Qalib Liderimiz cənab Prezident İlham Əliyev siyasətinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Ermənistan reallıqlarla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, «Dəmir yumruq» yerindədir. Və nə qədər gec deyil, Ermənistan və onun havadarları regionun yeganə Qalib liderinin sözünə qulaq versin!. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025