Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir
Tarix: 30-08-2023 | Saat: 13:33
Bölmə:Özəl | çapa göndər
Bu gün qürurla Azərbaycanın tarixi Zəfərindən, yaratdığı yeni reallıqlardan bəhs edirik. Şanlı Zəfərimizi şərtləndirən amillər sırasında gənclərimizin torpaq və Vətən sevgisi xüsusi qeyd edilir. Təbii ki, gənclərimizin milli ruhda böyüməsində, tərbiyəsində dövlətin onlara diqqət və qayğısı əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” çağırışı özündə bütün məqamları ehtiva edir. Dahi şəxsiyyətin bu çağırışının davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, indi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Ümummilli Liderin hər bir çağırışı azərbaycançılıq ideologiyasının təbliğinə və inkişaf etdirilməsinə xidmət edib. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həyat amalına, gənclərimizin fəaliyyətinin əsasına çevrildi. Dahi şəxsiyyət, həmçinin bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikri qürurla qeyd edirik ki, Ümummilli Liderin hər bir tezisi, çağırışı bu günümüz və gələcəyimiz üçün bir yol xəritəsi oldu. Azərbaycan gənclərinin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməsi, inkişaf etdirməsi və qoruması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir. Müasir müstəqil Azərbaycanın hədəflərinin reallığa çevrilməsinə öz böyük töhfələrini verməyə qadir gənclərimiz vardır. Azərbaycan gənclər ölkəsidir. Əhalinin böyük qismini gənclər təşkil edir. Gənclər daim yenilikçi, təkmilləşməyə meyilli olur. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncləri vətənpərvərliyi, torpağa bağlılığı ilə dünyaya səs saldı. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycanın dünyaya təqdim etdiyi dirçəliş modeli özündə bütün yenilikləri əks etdirir. Bu isə öz növbəsində gələcəklə bağlı mühüm çağırışlara yol açır. Yeni nəslin üzərinə düşən vəzifələri “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır” sözləri ilə bildirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda fərqlənirlər. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq görərik ki, gənclərimiz bu sahədə qazandıqları bilikləri ilə ölkəmizin inkişafına davamlı töhfələr verirlər. Gənclərimizin yenilikçi, böyük potensiala malik olmaları onların dövlət idarəçiliyində irəli çəkilmələrində əhəmiyyətli rol oynayır. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025