Mobil versiya
Vətəninə, xalqına sevdalı Sevda xanım
Tarix: 30-08-2023 | Saat: 09:39
Bölmə:Özəl | çapa göndər

Vətəninə, xalqına sevdalı  Sevda xanım

İşıqlı əməlləri dünyaya gözəllik, əzəmət, mehr-məhəbbət gətirən, sevilən ömür, sevən ürək kimi günlərini yola salan Sevda Səlahəddin qızı Qəhrəmanova M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında çalışır. Bəri başdan deyim ki, Azərbaycan xanımına məxsus bütün incəlikləri həyat tərzinə çevirən bu sağlamlıq keşikçisində olan sədaqət, sadəlik, təvazökarlıq, daxili mədəniyyət , dərin zəka, insanlığa halal sevgisi heyrət doğurdur. Onun sevdalandığı ali məqsəd bacardıqca yaxşı işlər görmək, adamları sevindirməkdir. İlk gündən ömür yolunu xoş arzular üzrə quran, geydiyi ağ xalatın təmizliyini hər şeydən üstün tutan tibb işçisi fəaliyyət göstərdiyi 32 il ərzində daim onun şərəfini yüksək saxlayıb. Meylini millətinə salıb, xalqına yanmaqla sənətini ürəkdən sevib. Ömür boyu insanlığa zinət sayılan ülvi dəyərlərə tapınmaqla vəzifəsindən, kimliyindən asılı olmayaraq hər kəsə təmənnasiz münasibət göstərib, şəfalı əlləri çoxuna yeni dünya veribdir.
Sevda xanımın köksündə daşıdığı ürək xalqına, Vətəninə ilahi sevgi ilə döyünür. İnsanlara məhəbbətini bir belə unutmur, qəlbinin hərarətindən evlərə sevinc paylandıqca, öz sənətinə daha çox vurulur. Bütün xəstələrə ana, bacı tək yanaşır, beləcə ürəklərə nüfuz etməyi bacarır. Dava-dərmandan başqa mehribanlığı, qayğıkeşliyi müalicə etdiyi xəstənin daha tez sağalmasına səbəb olur. Adəti üzrə Sevda xanım xəstənin üzündə təbəssüm görəndə özünü dünyanın xoşbəxti bilir. Həm də sağaltdığı xəstələrin hər birini həyatının bir parçası sayır. Məhz bu keyfiyyətlərə görə 54 illik ömür payında insanın həyatda mənalı yaşaması üçün bütün dəyərlər vardır. İndinin özündə də gözlərdə işığa dönür ki, parlaq səma boyda gözəllik , ürək dolu məhəbbət, mənzil dolu sədaqət bizim olsun...
Sevda xanımın özünəməxsus mənəviyyat fəlsəfəsində insan sağlamlığından başqa əziz, şirin nemət yer üzündə yoxdur. Ən əsası xalqın xoşbəxt, sağlam yaşaması bütün arzularının zirvəsində dayanır. Ağ xalatın ağ işığına bürünüb iş başında peşəsindən zövq alır, yüzlərin, minlərin qəlbində özünə yer edir. Fəqət, Uca Tanrı Sevda xanıma əzəldən millətin sevgisini daşıyan böyük ürək veribdir. O, da xalqına gərək olmaqla yaxşılıq gözündə ucala-ucala, başqaların xoşbəxtliyi naminə parlaq sabahlara, sədaqət ünvanlı günlərə doğru gedir. Sevda xanım artıq yer üzünü səadətə haraylayan əməl sahibi kimi bəşəri sevgiyə malik əsl xanım-xatın Azərbaycan qadınıdır. Hətta zaman-zaman gələn nəsillərə nümunə ola bilən həyat yolu keçir.
M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Bakı şəhəri daxil olmaqla, Azərbaycanın hər yerindən öz sağlamlığını bərpa etməkdən ötrü çoxlu gələnlər olur. Lerik rayonunun Bradi kənd sakini Teyyub Qurbanovla da bu sağlamlıq ocağında görüşdüm. Buradakı tibb xidmətlərdən tam razıdır. Çünki onun qarşısına müqəddəs sənətinə, xalqına vurğun, nəcib, xeyirxah insan Sevda xanım çıxıbdır. Teyyub Qurbanov dedi:- Sevda xanımın işıqlı təfəkkürü, şəfalı əlləri məni bir-sıra ağrılardan qurtuldu. Onun savadına, əxlaqın söz ola bilməz. Sevda xanım öz işinə həvəslə yanaşır, o qədər qəlbi safdır ki, əlləri toxunan kimi ağır vəziyyətdə olan belə sağalır. Həyatını insanların sağlamlığına həsr etməyi özünə şərəfli iş bilir. Gözəl dünya naminə təmiz, ulu duyğularla yaşayan bir xanımdır. Azərbaycan xalqı ilə nəfəs alır, gördüyü əməllərə görə Sevda xanımı tanıyıb ona hörmət bəsləyən çoxdur. Belə yaxşı , sədaqətli insanlar olan yerdə yaşamağa dəyər.
Onu da bildirim ki, Sevda Qəhrəmanova ana adını şərəfləndirməklə indiki gənc qızlara yaxşı örnəkdir. Üç övlad tərbiyə edib. Onlarda ilahi bir saflıq, yüksək mənəvi dəyərlərə tabe olmaq istəyi vardır. Olduğu cəmiyyətdə əbəb-ərkanı, mərifəti, nəcibliyi, yaşatmaq həvəsi ilə seçilirlər. Sevda xanımın böyük qızı həkimdir. İkinci qız ali təhsilli mühəndisdir. Oğlu isə Fransada ali təhsil alır. İstəkləri, niyyətləri anaları kimi xalqın və dövlətin mənafeyi naminədir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025