Mobil versiya
Gəncənin yollarında genişmiqyaslı asfaltlanma işləri aparılır
Tarix: 29-08-2023 | Saat: 16:13
Bölmə:Özəl | çapa göndər

Gəncənin yollarında genişmiqyaslı asfaltlanma işləri aparılır

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin N.Gəncəvi prospektində, H.Ə.Hüseynzadə küçəsində, 3 və 4-cü mikrorayonlarında, həmçinin Avtozavod və Gülüstan yaşayış massivlərində olan yollarda genişmiqyaslı asfaltlanma tədbirləri həyata keçirilir.

aia.az xəbər verir ki, əsaslı şəkildə təmir olunacaq küçələrdə öncədən texnikaların köməyi ilə torpaqlama işləri aparılır. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilir. Aparılan təmir-tikinti işləri çərçivəsində əvvəllər asfalt örtüyü olan və sıradan çıxan hissələrində köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək hamarlanır. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Qeyd edək ki, yol infrasturukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də görüləcək.
“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işləri görüləcək.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025