29 avqust Əli Cəfərovun anadan olduğu gündür
Tarix: 29-08-2023 | Saat: 09:20
Bölmə:Özəl | çapa göndər
Astaranın qəhrəman oğlu
Əli Bəyulla oğlu Cəfərovun adı Astara rayonunda xüsusi hörmət və ehtiramla çəkilir. O, 44 günlük haqq savaşımızda canını Vətəninə qurban verməklə şəhidlik zirvəsinə ucalmışdır. İndi onun həyat yolu hər bir astaralı üçün örnəkdir.
Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə Maşxan kənd tam orta məktəbində təhsil alıb. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub. 2011-ci ildə o, hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. Vətən müharibəsinə 21 oktyabr tarixində könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil edib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallara layiq görülübdür. Canından artıq sevdiyi Vətən torpağının sinəsinə baş qoyduğu müqəddəs yer Maşxan kənd məzarlığıdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025