Mobil versiya
Erkən nikah günümüzün faciəsidir
Tarix: 27-08-2023 | Saat: 10:33
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Erkən nikah günümüzün faciəsidir

“Erkən nikah günümüzün faciəsidir” başlıqlı maarifləndirici tədbir Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində baş tutub.
Astara rayon Polis Şöbəsinin, mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, eləcə oxucular iştirak edib.
Tədbirdə erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, yalnız pis nəticəyə aparan məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları, eləcə bu sahədə həyata keçirilən işlər barədə ətraflı danışan Astara rayon Polis Şöbəsinin YYÇPİTQ-nin inspektoru leytenant İxtiyar Arizzadə onu da bildirib ki, günümüzün faciəsi sayılan bu problemə qarşı hər bir vicdanlı vətəndaş mübariz olmalıdır.
Yekunda mövzu ilə əlaqədar mərkəzi kitabxanada təşkil olunan sərgiyə baxış keçirilib.
Rayonda belə tədbirlərin ardıcıl olması nəzərə alınıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə