Mobil versiya
Laçınım mənim
Tarix: 26-08-2023 | Saat: 19:30
Bölmə:Özəl | çapa göndər

Laçınım mənim

"Laçın şəhəri günü" münasibətilə Lerik rayon Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət Mərkəzinin, Dövlət Rəsm Qalereyasının , Uzunömürlülər Muzeyinin, Tarix -Diyarşünaslıq Muzeyinin və Mərkəzi Kitabxana Sisteminin kollektivlərinin , eləcə də bir qrup fəal gəncin iştirakı ilə " Laçınım mənim " adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra "Laçın ruhu" filmi izlənilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib.
Sərəncama uyğun olaraq 26 Avqust - "Laçın şəhəri günü" münasibətilə Lerikdə də silsilə tədbirlər keçirilir.
Natiqlər xüsusi olaraq bildiriblər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Artıq Laçına böyük qayıdış başlayıb və bu cənnət məkan diyar yenidən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında çiçəklənən bir diyara çevriləcəkdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025