ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ
Tarix: 26-08-2023 | Saat: 12:17
Bölmə:Özəl | çapa göndər
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir.
Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Ulu Öndər öz çıxışlarında dəfələrlə gənclərə olan inam və etimadını dilə gətirib. Qeyd edib ki, o, hər zaman gənclərə güvənir, gənclər də daim ona etibar edə bilər. Heydər Əliyev SSRİ-də rəhbər vəzifələr tutduğu zamanlarda Azərbaycan gənclərinin təhsil məsələsinə, xüsusən, xarici ölkələrdə təhsil almasına önəm verirdi. Baxmayaraq ki, bu, həmin dövrdə olduqca çətin proses idi. Ulu Öndər gənclərin orduya cəlb edilməsində, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində də ciddi təşəbbüslər göstərib, mühüm addımlar atıb.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin dövlət qurumlarında, idarəetmə sahəsində iştirakına xüsusi diqqət yetirirdi. Məhz onun ölkəyə rəhbərliyi dönəmində xeyli sayda gənc yüksək vəzifəyə təyinat almışdı. Həmçinin, Yeni Azərbaycan Partiyasının idarəetməsinə xeyli gənc cəlb olunmuşdu. Bütün bunlar Heydər Əliyevin gənclərə və gənclər siyasətinə göstərdiyi böyük diqqətin və qayğının təzahürləri idi. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bir model kimi dünya ölkələri tərəfindən öyrənilir".
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025