Mobil versiya
Uşaqlar bizim gələcəyimizdir
Tarix: 24-08-2023 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər

Uşaqlar bizim gələcəyimizdir

Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur.”

Bir ailənin ən qiymətli sərvəti övladıdır.Uşaqlar sadece ailənin deyil həmçinin xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək olduqca çətin və məsuliyyətli olduğu kimi bir o qədər də şərəflidir.Zaman dəyişir ,tələblər dəyişir əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır.Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara xüsusi qayğı göstərmiş,onları diqqət mərkəzində saxlamışdır.Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.Eyni zamanda bu günümüz de bele Heydər Əliyev Fondunun uşaqlar üçün gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. Məhz təməli Ulu öndər tərəfindən atılan və Ali baş komandan İlham Əliyev tərəfindən davam etdirələn uşaqlar, gənclər xüsusi qayğının sayəsində cəmiyyət üçün,xalq üçün xeyirli vətənpərvər gənclər yetişib.İkinci Qarabağ savaşında qanının son damalsina kimi ölkəsi üçün, Vətən üçün canından keçən gənclər dünyaya nümunədir.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.Bu gün gəncliyimiz günü gündən inkişaf edir. Bu gün gəncliyimiz günü günden inkişaf edir. Uşaqlar evin güzgüsüdür diye bir soz var el arasında necə tərbiyə etsən onuda göstərəcək .Son zamanlarda tüğyan edən sosial şəbəkələr, “düzgün istifadə etməyi bacardığınız müddətce heç bir sosial şəbək zərərli deyil “bu anlamda valideyinlərin payına çox şey düşür bu anlamda nəzarət etmələrini xüsusi ilə vurğulamaq istəyirəm.Mən dünyamıza xeyirli övladlar arzu edirəm ,özünü inkişaf etdirən öz ayyaqlari üstündə dura bilən təhsil alan gənclər arzu edirəm.18 yaşına çatmamış ailə qurmağa təşvik edilən deyil də təhsil alması üçün teşvik edilən , ailələr övladları arzu edirəm.Hec vaxt unutmamalıyıq Ulu öndər Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir”

Xəlilova Sərvinaz ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025