Gülər Sultanzadə: “Azərbaycan Özbəkistan münasibətləri yeni müstəvidə və yüksələn xətlə inkişaf edir”
Tarix: 24-08-2023 | Saat: 10:37
Bölmə:Gündəm / Özəl | çapa göndər
Azərbaycanla dost, qardaş ölkə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu onun yenidən Prezident seçilməsindən sonra ilk dövlət səfəridir. Bu səfər Azərbaycana verilən önəmin göstəricisidir.
Tarixən eyni kökə, eyni mədəniyyətə, dilə və dinə mənsub olan ölkələrimiz və xalqlarımız arasında daim sıx əlaqələr mövcud olmuşdur. Özbəkistanda yaşayan 68 min nəfər Azərbaycanlı bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Özbəkistan azərbaycanlıları, bu ölkənin ictimai həyatında fəal rol oynamışlar arasında görkəmli jurnalist, ictimai xadim Seyid Rza Əlizadə (1887-1945), şair Məqsud Şeyxzadə (1908-1967), rejissor Firudin Səfərov (1933), rəssam və heykəltaraş Eynulla Əliyev və digərləri var.
Azərbaycan və Özbəkistan təkcə ikitərəfli əlaqələrlə deyil, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu əlaqələr çərçivəsində görüşlərin intensivləşməsi təbii ki, diqqət çəkir.
Son illər Azərbaycanın ətrafında meydana gələn siyasi-iqtisadi proseslərin mənzərəsi deməyə əsas ver ki, Mərkəzi Asiya ölkələrinin Bakı ilə siyasi, iqtisadi, elmi, təhsil, mədəni və idman sahələrində əməkdaşlığa marağı yüksələn xətt üzrə inkişaf edir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən respublikalar arasında rəsmi Bakı ilə münasibətlərini təkcə siyasi-iqtisadi sahədə yox, həm də elmi, mədəni sferada inkişaf etdirməyə maraq göstərən Özbəkistanda Azərbaycana diqqət getdikcə çoxalır. Azərbaycan və Özbəkistan arasında ikitərəfli siyasi münasibətlər və diplomatik əlaqə əsasən 1995-ci ilin oktyabrında yaradılıb. Təxminən bir il sonra Azərbaycan Respublikasının Özbəkistanda, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri açılıb.”
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.Bu çox mühüm sənəddir və Azərbaycan-Özbəkistan münasibətlərinin strateji əməkdaşlıq yolunda irəlilədiyinin göstəricisidir.
Qeyd edək ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlamışdı. İndi həmin məktəb hazırdır və bu günlərdə açılışında hər iki dövlət başçısı iştirak edəcəkdir. Mətbuata bəyanatında ölkəmizin başçısı cənab İlham Əliyev demişdir: “ Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar.”
Gülər Sultanzadə qeyd edib ki, dünyanın bütün aparıcı dövlətləri, o cümlədən Mərkəzi aşıya ölkələri ilə əməkdaşlığa önəm verən cənab İlham Əliyev ardaş tük dövlətlərinə xüsusi önəm verir. Bu ölkələrdən biri də Özbəkistandır və Mərkəzi Asiyada mühüm rola malikdir. Bu qardaş ölkə ilə münasibətlərin, imzalanan sənədlərin nəticəsi yaxın zamanlarda öz nəticəsini göstərəcəkdir. Bun da ölkəmizin başçısı belə qeyd etmişdir: “Buna görə də düşünürəm ki, ölkələrimizin təmsilçiləri bu gün də, sonra da artıq ünsiyyət prosesində, o cümlədən mətbuat nümayəndələri ilə də təəssüratlarını bölüşəcəklər. Həmçinin Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq.
Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025