24 avqust Aqşin İbadovun anadan olduğu gündür
Tarix: 24-08-2023 | Saat: 09:46
Bölmə:Özəl | çapa göndər
Aqşinin Vətən sevgisi
44 günlük Qarabağ müharibəsində canından artıq sevdiyi, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda qan tökən minlərlə şəhid igiddən biri də Aqşin Nazim oğlu İbadovdur. 1984-cu ildə Lənkəranın Boladi kəndində dünyaya göz açan bu, ürəyi sevdalı insan şərəfli bir ömür yaşadı. Şəhidliyi Vətən sevgisindən başlandığı üçün əbədi bir ömür qazandı. Fəqət, namərd düşmən gülləsinə tuş gəlsə də, torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu...
Bəli, özünü dərk edən Aqşın ürəyində mənfur düşmənə kin, nifrət bəsləyir, hərbiçi olub ondan qisas almaq amal ilə orta məktəbi başa vurur. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2005-ci ildə "Kəşfiyyat" ixtisası üzrə oranı bitirib, Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissdə canından artıq sevdiyi Vətəninə keşik çəkir. İllərin səfində Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidməti ona böyük ehtiram, sevgi gətirir. Doğma Azərbaycana dəyərli övlad olaraq ixtisası üzrə taqım, bir il sonra bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi vəzifələrini vicdanla, şərəflə yerinə yetirir. Bütün bunlarla bərabər 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda , seminarlarda iştirak edərək sertifikatlar, diplomlar, qiymətli hədiyyələr alır. Həmişə canına yağı dadanmış yurdunun taleyini düşünən Aqşin Hərbi Attaşe kursunu keçir, erməni dilini lazımı səviyyədə öyrənir. Həmçinin Ali Hərbi Akademiyanı mükəmməl biliklə bitirib, Türkiyədə İstanbul Milli Müdafiə Universitetində magistr təhsilini alır.
Həyatının dəyərini Vətəninə, xalqına təmənnasiz xidmətdə görən, halal torpağına ürəkdən bağlanan əsl Azərbaycan oğlu Aqşin İbadov bu müddətdə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “ Azərbaycan Sılahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, iki və üçüncü dərəcəli “Qüsursuz xidmətə görə” medallara layiq görülür. Bu, Vətən sevdalısı “Xilaskar” təxəllüsü ilə doğma Azərbaycanı, qəhrəmanlığı, saf sevgini tərənnüm edən şerlərdə yazırdı.
30 il erməni dığaların tapdağına dönənə əbədi, əzəli yurd yerimiz olan Qarabağ Aqşinin ən yararlı yeri idi. Və başa düşürdü ki, şəhid qanı axması, mənfur düşmən bu cənnət məkan yerləri qaytarmaz. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan gündən Vətənin harayına səs verən, ölümün gözünə dik baxan qeyrətli oğulların önündə yağı ilə savaşa səngərə gedən mayor Aqşin olur. Sinəsini qanar od edib dığaların kabusuna dönən mayor Füzulidə, Cəbrayılda, Zəngilanda, Xocavəndə, Kəlbəcərdə əsl qəhrəmanlıq göstərir. Ağır, qeyri-bərabər döyüşdə düşmənə sarsıdıcı zərbələr endirir, Vətən torpaqları qarşı-qarış azad olunur. Tuğ kəndinin ərazisində adsız yüksəklik uğrunda gedən müharibədə dığalara göz aşmağa belə imkan vermir. 2020-cü ilin 19 oktyabr Aqşinin son döyüş günü olur. Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən savaşda şəhid olsa da, yağıdan istədiyi qisası ala bilir.
Bütün Azərbaycan xalqının övladına çevrilən, qəhrəman adı dillərə düşən mayor Aqşin İbadov ölümündən sonra “Vətən uğrunda” , Cəbrayılın, Füzulinin, Kəlbəcərin azadlığına görə medallara layiq görülüb.
Onu da bildirək ki, Aqşinin özündən sonra xalqına əmanət qoyduğu Zeynəb adında qız övladı var. Artıq müqəddəs ruhu Vətən göylərində, ən uca zirvələrdə dolaşan atanın kimliyini dərk edir, onunla qürur duyur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025