Gülər Sultanzadə: “Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün əhəmiyyətlidir”
Tarix: 22-08-2023 | Saat: 10:04
Bölmə:Gündəm / Özəl | çapa göndər
Azərbaycan -Macarıstan əlaqələri hər iki ölkə üçün önəmli xarakter daşıyır. Hər iki ölkə tarixi köklərə bağlı münasibətlərə malikdir. Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə belə münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Bu mənada cənab Prezident İlham Əliyevin çevik və düşünülmüş siyasəti dünyada ciddi maraq doğurur. Onun ard-arda səfərləri, mühüm sənədlərə imza atması, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdə davam edir. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu fonunda həyata keçirilən təşəbbüslər diqqətlə izlənilir və etiraf edilir.
Belə bir vaxtda strateji tərədaşlarımızın sayının çoxaldılmasına diqqət ayıran ölkə başçısı Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına da xüsusi önəm verir.
Ölkələrimiz BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əmədaşlıq edir. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verir. Belə bir ölkə ilə, özü də Avropada strateji mövqeyi olan ölkə ilə münasibətlərin getdikcə inkişaf etdirilməsi cənab Prezidentin həm də Türk dünyasına ən layiqli töhfələrindən biri hesab edilməlidir.
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz qeyd edib ki, “Dövlət başçısı cənab İlham Əliyevin avqustun 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin mühüm rolunu daim təqdir edir.
İşğaldan azad olunmuş ərazilərimizin bərpasında, minaların təmizlənməsində dəstəyini əsirgəməyən Macarıstanla yeni layihələrin həyata keçirilməsi, Azərbaycan qazının və enerji resurslarının Avropaya çatdırılmasında tranzit ölkə kimi əlaqələrin inkişaf etdirilməsi gələcək perspektivlərdən xəbər verir.”
Gülər Sultanzadə bildirib ki, “Hər iki ölkə arasındakı əlaqələr bir sıra sahələri əhatə edir və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial vardır. Macarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq. Cənab Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə olunmalıdır. Azərbaycan-Macarıstan əlaqələri təkcə bu gün üçün deyil, gələcək üçün də vacib əhəmiyyətə malikdir. Dövlətimizin başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün əhəmiyyətlidir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025