Mobil versiya
“Təmiz ölkəm” aksiyası
Tarix: 22-08-2023 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər

“Təmiz ölkəm” aksiyası

Lənkəran şəhərində “Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı ətrafa atılan tullantı yığılaraq ərazidən daşınıb.
“Təmiz ölkəm” aksiyasının təşkilində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə həmişə gözləməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdan ibarətdir. Həm də şəhərin səliqə-sahmanı saxlamaqdan ötrü aksiyanın davamlı olacağı nəzərdə tutulub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025