Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində «Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı» çərçivəsində layihələrin təqdimat keçirilib
Tarix: 21-08-2023 | Saat: 15:22
Bölmə:İqtisadiyyat | çapa göndər
AİA.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı» çərçivəsində, texniki-iqtisadi əsaslandırması hazırlanan və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılan Komissiyanın iclaslarında uyğun layihə həlləri seçilən dörd suvarma kanalı və bir drenaj kollektoru obyektlərinin işçi layihələrinin 14-18 avqust tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində təqdimatı keçirilib:
"Türyançay sağ sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ);
"Türyançay sol sahil kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ);
"ÇTZ kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması" (I mərhələ);
"Mil-Qarabağ kollektorunun yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və Layihə sənədlərinin hazırlanması";
"Köhnə Xanqızı və P-0 kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması".
Meliorasiya sahəsinin mütəxəssislərinin iştirak etdiyi həmin təqdimatda, ölkəmizin kənd təsərrüfatının inkişafına önəmli töhvə verəcək yeni inşa ediləcək və yenidən qurulacaq meliorasiya obyektləri sırasında yer alan bu obyektlərin yenidənqurmadan sonra qazanacaqları üstünlüklər barədə geniş ictimayyətə məlumat verilməsinin vacibliyi vurğulamışdır. Eyni zamanda, yeni inşa edilən və yenidən qurulan meliorasiya və irriqasiya obyektlərinin birinci növbədə yeni suvarma texnologiyalarının tədbiqi üçün geniş imkanların əldə edilməsi, su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması, elektron sistemlərin tədbiqi nəticəsində suvarma suyunun dəqiq uçotunun aparılması və sair aspektlər üzrə müasir standartların tələblərinə cavab vermələri vacib olması qeyd edilib.
Daha sonra, layihə həlləri ilə yaxından tanış olan layihə, tikinti və istismar şöbələrinin mütəxəssiləri, onları maraqlandıran məsələlər üzrə sualları layihə müəlliflərinə ünvanlayıblar. Məhsuldar müzakirələr nəticəsində, mütəxəssislərin əksər rəy və təklifləri layihə müəllifləri tərəfindən nəzərə alınıb və layihələndirmə işlərinin yekun mərhələsinə keçidi məqsədəuyğun hesab edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024