Dağlar diyarında “Gəncə doğru” layihəsi çərçivəsində tədbir
Tarix: 21-08-2023 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektoru “Gəncə doğru” layihəsi çərçivəsində növbəti tədbirini Mastail kəndində keçirmişdir.
Görüşdə ilk öncə gənclərə dövlət gənclər siyasəti, gənclər üçün regionlarda yaradılmış imkanlar, layihələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilmiş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Daha sonra gənclərin asudə vaxtının təşkili məqsədilə dama oyunu, intellektual oyunlar keçirilmiş, zərərli vərdişlərlə mübarizə mövzusunda ətraflı danışılmış, müxtəlif enerqayzerlər icra edilmişdir.
Onu da bildirək ki, Lerik rayonunun kəndlərində həyata keçiriləcək “Gəncə doğru” layihəsinin məqsədi rayon mərkəzindən uzaqda yaşayan gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlib və davamlı olaraq Lerik rayonunun digər kəndlərində icrası nəzərdə tutulub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025