Mobil versiya
Xalqının azad,firavan gələcəyini düşməndən "Dəmir yumruqla"qoruyan Müzəffər Ali Baş Komandan
Tarix: 21-08-2023 | Saat: 10:01
Bölmə:Özəl | çapa göndər

Xalqının azad,firavan gələcəyini düşməndən "Dəmir yumruqla"qoruyan Müzəffər Ali Baş Komandan

44 günlük vətən miharibəsi Cənubi Qafqaz regionunda yeni bir geosiyasi reallığa zəmin oldu və qonşu ölkələrlə qarşılıqlı münasibəti əməkdaşlıq mühitində meydana çıxartdı.Prezident İlham Əliyev strategiyasının uzun illər yönəltdiyi mükəmməl siyasi hərbi və diplomatik - ideoloji informasion xəttinin yekunu ilə zəfər qazanıldı.30 il müddətində Azərbaycanın tarixi Qarabağ torpaqlarının işğal altında qalması faktına dünya ictimaiyyətinə sənədli dəlillər və çoxsaylı beynəlxalq tədbirlərdə məlumatlandırılmaqla nail olunmuşdu.
Vətən müharibəsində zəfər yolu fəlsəfəsinin başlanğıc gücü ulu öndər H.Əliyevin xarici siyasətinin konsepsiyasından irəli gələn və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən müvafiq strateji - hərbi platforma idi.Bir tərəfdən Ali Baş Komandan İlham Əliyevin xarici siyasəti , ordunun mübarizliyi nəticəsində işğalda olmuş torpaqlar azad edilərək Azərbaycan xalqının şərəfi,ləyaqəti,milli mənliyi , qüruru , özünə güvənci qaytarılaraq tarixi ədalət bərpa olundu.
Beləliklə,noyabr 10 - da Azərbaycan Respublikasının Prezidenti,Rusiya Federasiyasının Prezidenti, və Ermənistan Respublikasının Baş Nazirinin imzaladığı bəyanat Azərbaycanın Milli Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanmışdı.Bəyanat tam şəkildə Azərbaycanın maraqlarına uyğunluq təşkil edir.Bütün bunlarla yanaşı Qarabağa statusun verilməməsi və dəhlizlərin açilması əbədi olaraq Qarabağ məsələsinin həlli deməkdir.
44 günlük zəfər müharibəsi Ermənistanda ciddi xaos və çətin vəziyyət yaratdı.90 - cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb , ziddiyyətli və qalmaqallı günlərə döndü.
İrəvanda və digər şəhərlərdə mitinqlərin keçirilməsi , iqtidara qarşı narazılıqlar Paşinyan vəv digər ziyalıları bir daha düşünməyə vadar etdi ki,bu siyasətin sonu yoxdur.Ermənistan dövləti dərk etməlidir ki,Xankəndində və Qarabağın digər bölgələrində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli,dövlətin konstitusiyasına hörmətlə yanaşmalıdırlar.Eyni zamanda Qarabağ ərazisində enerji təminatı , sosial təminat , təhlükəsizlik mövzuları,iqtisadi fəaliyyət ,mülkiyyət , seçkilər,vergilər sistemi və digər elementlər üzrə Azərbaycan qanunları işləyəcək , habelə onlar da bunu qəbul etməyə məcburdurlar.

Bakı şəhəri, Nəsimi rayonu 14 li tam orta məktəbin tarix müəllimi: Abbasova Ləman Məhəmməd qızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025