Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa uyğundur
Tarix: 19-08-2023 | Saat: 14:45
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi düşünülmüş və uğurlu xarici siyasət xətti Erməniləri növbəti dəfə ciddi siyasi-diplomatik məğlubiyyətə uğratdı. Rəsmi İrəvanın bir neçə ay ərzində səylə hazırladığı və BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində keçirilmiş növbədənkənar iclasında nümayiş etdirdiyi daha bir siyasi şou fiaskoya uğradı. Şounun məqsədi Azərbaycanın Laçın-Xankəndi yolunun guya ki, blokadaya almasını və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını TŞ-nin iclasında rəsmiləşdirmək, Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə və Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına nail olmaq idi. Lakin hər zaman olduğu kimi, ermənilər bu dəfə də öz hədəflərinə çata bilmədilər. Səbəb isə budur ki, Ermənistan ümumiyyətlə heç zaman nə düzgün hədəf seçməyi, nə də seçdiyi hədəflərə aparan doğru yolları seçməyi bacarmayıb.
Rəsmi İrəvanın 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymamasına rəğmən, bu gün yenə də həmin quruma yardım üçün müraciət etməsi heç bir məntiqə sığmır və bir daha Ermənistanın riyakarlığından və etibarsızlığından xəbər verir. Lakin indi artıq dünyanın erməni miflərinə və yalanlarına qeyd-şərtsiz inandığı dövr deyil. Beynəlxalq ictimaiyyət kimin kim olduğunu yaxşı ayırd edir. Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasını hazırlaması və yüksək effektivliklə tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmək bacarığı bu gün bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə ki, bu siyasətin qarşısında Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın heç bir şansı yoxdur və ola da bilməz. Məhz buna görə müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və möhtərəm dövlət başçımız bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə bəyan edib.
Yeri gəlmişkən, məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. Beləliklə, BMT Təhlükəsizlik Şurasında müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin, ölkəmizin bu istiqamətdə atdığı bütün addımların beynəlxalq hüquqa tam uyğun olduğunu bir daha təsdiqlədi.
Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025