Mobil versiya
Lənkəranlı idmançıların qələbəsi
Tarix: 19-08-2023 | Saat: 11:16
Bölmə:Özəl | çapa göndər

Lənkəranlı idmançıların qələbəsi

​Honkonqda Çin Döyüş Növləri üzrə 15-ci beynəlxalq festival və Vinq Çun üzrə 11-ci dünya çempionatı baş tutubdur. 30 ölkədən 2000-dən çox atletin iştirak etdiyi yarışmada ölkəmizi Azərbaycan Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib. Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının üzvü, lənkəranlı məşqçi Arzuman Rəsulzadənin tələbələri daha gərgin mübarizə aparmaqla ən yüksək nəticə göstəriblər. Belə ki, onlar 6 qızıl və 4 gümüş medal qazanıblar
Yeniyetmələr arasında Nailə Əliyeva ​​(Vinq Çun tao lu), Məryəm Mahalova ​​(Vinq Çun tao lu), İsmayıl Sayadlı ​​(Vinq Çun kontakt – 75kq), Məhəmmədəli Axundov ​(Vinq Çun kontakt – 56 kq) dünya səviyyəli yarışmanın birincisi olublar .Gənclər və böyüklər arasında Ayman Mahal ​(Vinq Çun kontakt – 65 kq) I yerə, İbrahim Ağayev ​(Vinq Çun kontakt – 56 kq), Mehman Bədəlzadə ​​(Vinq Çun kontakt – 80 kq), Süleyman İsmayılov ​(Vinq Çun kontakt – 75 kq) və Murad Məhərrəmov ​(Vinq Çun tao lu) II yerlərə layiq görülüblər. 45-60 yaş arası I yerə Mahmud Mehtioğlu ​(Vinq Çun tao lu) çıxıbdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025