Mobil versiya
Vətən keşikləri ilə görüş
Tarix: 19-08-2023 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

Vətən keşikləri ilə görüş

Bu günlər dağlar diyar Lerikdə Mədəniyyət Mərkəzinin kollektivinin rayon ərazisində yerləşən "N" saylı Hərbi hissənin sərhəd zastavalarında əsgərlərlə görüşü baş tutub. Belə ki, “Açıq qapı” günü münasibətilə Hərbi hissənin şəxsi heyətinin əsgərlərlə və onların valideynləri arasında keçirilən görüşdə Hərbi hissənin xüsusi dəvəti əsasında Lerik rayon Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak ediblər.
Görüş zamanı əsgərlər və onların valideynləri ilə həmsöhbət olaraq, doğma Azərbaycanın sərhədlərinin etibarlı müdafiəsinə görə əsgər və zabitlərə uğurlar arzu edib, valideynlərə isə əsgərlərə dövlət tərəfindən olan yüksək diqqət və qayğıdan danışıblar.
Sonda isə Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında doğma Azərbaycanı, Vətən oğlanlarının qəhrəmanlığını vəsf edən vətənpərvərlik ruhunda və şən musiqilər dalğa-dalğa ətrafa yayılıb. Musiqi sədaları altında qol-qanad açan əsgərlər, eləcə onların valideynləri rəqs etmiş və tədbirin təşkilinə görə minnətdarlığını bildiriblər .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025