Gəncədə icra başçısı növbəti səyyar qəbul keçirib
Tarix: 18-08-2023 | Saat: 18:24
Bölmə:Özəl | çapa göndər

Gəncə şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirilir.
aia.az bildirir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun növbəti səyyar qəbul-görüşü şəhərin 1-ci mikrorayon ərazisində salınan “Abad məhəllə”də baş tutub. Qəbulda Gəncə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, dövlət orqanlarının, yerli idarələrin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq daim sakinlərlə səyyar görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində işlər aparılır. Şəhər rəhbəri qeyd edib ki, ölkə rəhbərliyinin Gəncəyə olan diqqət və qayğısı nəticəsində son illər şəhərin sosial-iqtisadi həyatında inkişaf müşahidə olunur, bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də 1-ci mikrorayonda salınan “Abad məhəllə”dir.
Sakinlər Gəncədə həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri və təklifləri dinlənilib.
Sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib, bir çox müraciət yerindəcə öz həllini tapıb.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2025