Məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçən uşaqların sayı açıqlandı
Tarix: 17-08-2023 | Saat: 11:40
Bölmə:Təhsil | çapa göndər
Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 20 871 uşaq elektron qeydiyyatdan keçib.
Bu barədə aia.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özlərinin və övladlarının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər. 2023-24-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2018-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.
Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024