Vətən müharibəsinin şəhidi ehtiramla xatırlanıb
Tarix: 17-08-2023 | Saat: 09:59
Bölmə:Özəl | çapa göndər
İkinci Qarabağ müharibəsində erməni dığalarına qarşı döyüşdə şirin canından keçən Altay Tahir oğlu Mövlanovun doğum günündə Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri , Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri , Ərazi Partiya Təşkilatının fəalları ,şəhidin ailə üzvləri uyduğu məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Həmçinin şəhid Vətən sevdalısı Altayın qardaşı şəhid Elgün Tahir oğlunun da məzarı ziyarət edilib.
İndi yeri saf ürəklər olan şəhid Altay Tahir oğlu yaşasaydı ömrünün 23-cü ilinə qədəm qoyardı. 2000-ci ildə Lerik şəhərində dünyaya göz açıb. Orta təhsilini 2006-2017-ci illərdə Milli Qəhrəman Valeh Müslümov adına Lerik şəhər 2 saylı məktəbində alıb. Doğma Azərbaycanın hər qarışını özünə əziz bilən Altay 2018-ci ildə Milli ordu sıralarında hərbi xidmətə başlayıb, 2020-ci ilin aprel ayında üzüağ evinə qayıdıb. Vətən sevgisi, müqəddəs Qarabağ torpaqların düşmən tapdağından azad etmək istəyi onu yenidən ordu sıralarına qaytarır. O, Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu kimi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay 29 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Onu da bildirək ki, İkinci Qarabağ müharibəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan iki qardaş- Elgün və Altay Mövlanovlar ulu öndər Heydər Əliyevin ən yaxın dostu Xanış Şahiyevin nəvələridir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025