Mobil versiya
Şəhidlərə ehtiram hər kəsin müqəddəs borcudur
Tarix: 16-08-2023 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Şəhidlərə ehtiram hər kəsin  müqəddəs borcudur

Lerik rayon Mədəniyyət Mərkəzinin və tabeliyində çalışın müəssisələrin, eləcə rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları şəhid Tural Əkrəm oğlu Əhmədovun doğum günü uyuduğu müqəddəs yerə baş çəkib, məzarının üstünə tər qərənfillər düzməklə ona öz dərin ehtiramini bildiriblər. Daha sonra Vətənin qəhrəman şəhid oğlu Tural Əhmədovla eyni qəbiristanlıqda dəfn olunan şəhid kapitan Əbülfəz Rəhmətovun məzarı da ziyarət olunub.
Həm də mədəniyyət işçiləri şəhid Tural Əhmədovun doğulub boya-başa çatdığı Anbu kəndindəki evində olub, atası Əkrəm Əhmədov ilə görüşüblər. Görüş zamanı şəhidin atası Əkrəm Əhmədova bir daha başsağlığı verilərək, şəhidlərin müqəddəs və ölməz olduğunu, xalq tərəfindən həmişə onların uca adlarına hörmət və ehtiram göstərməsini, həmçinin dövlətimizin şəhid ailələrinə yüksək diqqət və qayğısını onun diqqətinə çatdırıb.
Şəhidin atası Əkrəm Əhmədov öz növbəsində görülən bütün işlərə görə minnətdarlıq etməklə bərabər, onu da deyib ki, Tural Vətənimizin uğrunda əziz canından keçib. O, təkcə mənim yox, doğma Azərbaycanımızın oğludur.
23 yaşı tamam olan şəhid Tural Əhmədov 2018-ci ildə Vətən qarşısında öz borcunu vermək üçün hərbi xidmətə yola düşür. Borcunu şərəflə yerinə yetirdikdən sonra yağı düşmənə olan nifrəti onu yenidən ordu sıralarına gətirir. 4 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında xidmətə başlayır. Hər an Vətən torpaqların azadlığı uğrunda canında keçməyə hazır olan Turalın şəhidlik zirvəsinə ucalmağı bütün Lerik camaatına şərəf gətirir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025