Rasim Balayev zirvəsi…
Tarix: 16-08-2023 | Saat: 11:27
Bölmə:Özəl | çapa göndər
Azərbaycan kinosunun fenomenlərindən biri, filmlərdə oynadıgı obrazlardakı kimi, xalqın gözündə qəhrəman, xarakterli şəxsiyyət kimi hər zaman hörmət və ehtiramla qarşılanan Azərbaycanın Xalq artisti Rasim Balayevə qarşı silsilə hücumların təşkilatçısı nəhayət ki, üzə çıxdı. Bu çirkin kampaniyanın dəstəkçisini tanımaq üçün dərin araşdırma aparmaga ehtiyac yoxdur. Əli Kərimlinin Sevinc Osmanqızına verdiyi müsahibədə xalqın dəyərli oglu, şəxsiyyətinə hər kəsin hörmət etdiyi Rasim Balayevə qarşı xain hücumlar edən trolların başçısı Kərimli özünü ifşa etdi. Əli Kərimli deyir ki, Prezident təqaüdünə nə ehtiyac var, elə hər kəsə çox yüksək təqaüd verilsin… Birincisi adamnan soruşarlar ay Kərimli sənin dövlət katibi vəzifəsini mənimsədiyin hakimiyyətiniz dövründə incəsənət xadimlərinə nə qədər təqaüd verirdiz? İkincisi, mədəniyyət ocaqları, teatrlar, kinozallar və s. sizin hakimiyyətiniz dövründə baglanmadımı? İncəsənət adamları, alimlər, yazıçı, şairlər bir sözlə ziyalılar ailəsini dolandırmaq üçün ya ölkəni tərk edirdi, ya da hansısa kommersiya ( yumşaq ifadə edirəm) ilə məşgul olmaq məcburiyyətində qalırdı. Müəllimlərin əksəriyyəti ehtiyacdan “talkuçkalar”da alver edir, şagirdlər isə metro çıxışlarında siqaret, saqqız satırdı. Sənin sevimli Prezidentin Əbülfəz Elçibəyə bu barədə məlumat verəndə sizin təbirinizə uygun cavab verib: “uşaq baburos satar da…” Kərimli müsahibəsində demokratiyadan dəm vurur.. Çox gülməlidir.. Yaddaşlarınızı təzələsəniz xatırlayacaqsınız ki, siz “demokrat”ların hakimiyyəti dövründə qanunvericiliyi və vətəndaş hüququnu qorumalı olan qurumun başçısı (Daxili İşlər Naziri) televiziyaya hücum edib canlı efirdə siyasətçini təhqir edirdi, zor tətbiq etmişdi. Amma bəyənmədiyiniz hakimiyyətin dövründə agzınıza gələn böhtanları sərsəmlədiyiniz halda sizlərə gözün üstə qaşın var deyən yoxdur. Siyasi dözümlülük nümayiş etdirilir. Xalqın yanında urvatsız oldugunuzu gözəl bildiyiniz halda, Rasim Balayev şəxsiyyətindən bəhrələnərək özünüzə dvident qazanmaq istəyiniz də fiaskoya ugradı. Jurnalistləri qərəzli suallarla “silahlandırıb” bütöv bir ömrünü və yaradıcılıgını bu xalqa xidmətə həsr etmiş, tükənməz istedada malik bir sənət adamını xalqın gözündən salmaq cəhdiniz də puç oldu. Çünki, Rasim Balayevi dəstəkləyən xalq və dövlət hər zaman onun yanındadır və dayağıdır. Nədənsə Kərimli müsahibəsində bir kəlmə də olsun Xalq artistinin 30 il düşmən tapdagında olan torpaqların azad olunması ilə baglı fikirləri haqqında söz açmamaqla əslində bütün məqsədini aşkarlayır. Görünən daga nə bələdçi? Kərimlikimilər Rasim Balayev zirvəsinin əzəmətindən bəhrələnərək bir az böyümək istədilər. Amma, həyatın qanunauygunluqları buna imkan vermir- təpə elə təpədir… Vüqarlı dagın zirvəsindən külək nə qədər əssə də, yalnız, zərrəciklər qopara bilər, dagı yerindən oynada bilməz. Azərbaycan xalqının sevimli ziyalısı, incəsənət xadimi, mərd və qürurlu oglu Rasim Balayev sözün əsil mənasında əlçatmaz, əyilməz zirvədir. Rasim Balayev Zirvəsinə eşq olsun!
İlqar İlyasov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025