Aqiyə Naxçıvanlı: “Məktəbli forması şagirdin konkret bir təhsil ocağına mənsubluğunu vurğulayan vasitə ola bilər”
Tarix: 10-08-2023 | Saat: 16:38
Bölmə:Manşet / Özəl / Təhsil | çapa göndər
Bu gün məktəblilər hələ də yay tətilinin isti və günəşli günlərini müxtəlif əyləncələrlə yaşamaqda davam edirlər. Lakin valideynlər artıq yaxınlaşmaqda olan yeni dərs ilinin qayğılarına qatlanmaqdadırlar. Bu baxımdan əlbəttə ki, son vaxtlar cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri də məktəbli formaları ilə bağlıdır. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu qərar ətrafında müzakirələr ölkə ictimaiyyətinin bütün təbəqələrində kifayət qədər intensiv şəkildə aparılır.
Saytımızın əməkdaşları məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıya müraciət ediblər: “İlk növbədə onu deməliyəm ki, ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi çox doğru fikirdir. Bu təcrübə dünyanın bir çox qabaqcıl təhsil müəssisələrində uzun illərdir ki, tətbiq olunur. Mən xüsusi olaraq bir məqama toxunmaq istərdim. Bu gün ictimai müzakirələr zamanı məktəbli formaları daha çox ailələrinin maddi durumları fərqli olan uşaqların təhsil aldıqları məktəbin hüdudlarında sosial ayrı-seçkiliyə məruz qalmamaları üçün bir vasitə kimi təqdim olunurlar. Əlbəttə, ümumi geyim formasının belə bir özəlliyi var. Amma məsələyə başqa tərəfdən yaxınlaşdıqda, məktəbli forması həm də hər bir uşağın konkret bir təhsil ocağına mənsubluğunu vurğulayan bir vasitə ola bilər. Bu, çox önəmli məqamdır. Məktəbli məhz təhsil aldığı müəssisənin şagirdi olması ilə fəxr etməlidir. Bunun üçün, məsələn, hər bir məktəbin formalarını fərqləndirən hansısa bir unikal nişanın tətbiqi kifayət edə bilər. Siz də bilirsiniz ki, bu gün dünyada demək olar bütün böyük, mötəbər təsisatlarda “dress-kod” deyilən bir termin tətbiq olunur. Mahiyyət etibarı ilə bu, bildiyimiz vahid geyim formasıdır. Buna görə də mən şəxsən vahid məktəbli formasının tətbiqini düzgün qərar hesab edirəm və dəstəkləyirəm”, - deyə deputat məsələyə münasibət bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən mətbuata verilən açıqlamada valideynlərə yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmələri tövsiyə olunur. Əlbəttə ki, formaların konkret hansı istehsalçıdan alınması barədə son qərarı nəticə etibarı ilə hər valideyn özü verəcək. Lakin məhz elə bu seçimin düzgün olunması xüsusi diqqət tələb edən məsələdir. Deputat Aqiyə Naxçıvanlı məktəbli formasının əldə olunması üçün istehsalçı seçiminin hansı meyarlar əsasında aparılmalı olduğuna dair əməkdaşımızın sualını cavablandırarkən maraqlı açıqlama təqdim edib: “Seçim birmənalı olaraq fərdi məsələdir. Burada bir çox amillər rol oynaya bilər. Bu həm zövq məsələsi, həm istehsalçının peşəkarlığına etibar, istifadə olunan parçaların keyfiyyəti və digər məqamlarla bağlıdır. Şəxsən mən özüm bu günlərdə nəvəm üçün məktəbli forması almaq məqsədilə Bakı Tikiş Evində olmuşam. Gördüklərimdən çox razı qaldım. Həqiqətən də böyük və müasir bir müəssisədir. Bir neçə tikiş sahəsi, hazırlıq, sınaq, biçim sahələri fəaliyyət göstərir. Yeni istehsal texnologiyaları effektiv şəkildə tətbiq olunur. Həm də bu müəssisə konkret olaraq məktəbli formalarının istehsalında artıq kifayət qədər təcrübəyə sahibdir. Bildiyim qədərilə artıq bir neçə ildir ki, BTE ümumtəhsil məktəbləri üçün məktəbli formasının hazırlanması ilə məşğul olur. Həmçinin müəssisədə mənə bildirdilər ki, BTE məktəbli formalarının satışı zamanı sıxlığın aradan qaldırılması və vətəndaşların rahat alış-veriş etməsi üçün filiallarının sayını hər il artırır. Əlbəttə ki, hər bir valideyn öz uşaqlarının gözəl, keyfiyyətli və ən əsası da sağlamlıq üçün ziyanlı olmayacaq materilallardan hazırlanmış məktəbli formaları geyinmələrini istəyir. Məhz buna görə də ilk növbədə istehsalçı seçiminə böyük diqqət və məsuliyyətlə yanaşmaq lazımdır.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024