Xalqla birliyin nümunəsi
Tarix: 09-08-2023 | Saat: 13:48
Bölmə:Gündəm / Özəl | çapa göndər
Ölkə başçısı, cənab Prezindent İlham Əliyevin ölkəmizin rayonlarına hər bir səfəri xoş bir ənənə halını alan və mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə həkk olur. Avqust ayınn 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük strateji əhəmiyyətə malik Qazax rayonunda, habelə Şəmkir, Samux və Bərdə rayonlarına səfər edib. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan bu regionlarına səfər edərək Qazaxda hərbi hissədə olması, digər rayonlarda bir sıra obyektlərin açılışında iştirak etməsi ölkə başçısının ordumuza olan diqqətinin və gecə-gündüz xalqımızın rifahı üçün yorulmadan çalışmasının göstəricisidir.
Bu səfər göstərdi ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. 2004-cü ildən bəri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair qəbul edilən 4 Dövlət proqramı 44 günlük Vətən müharibəsindən sonra (2021-ci ildə) qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında müəyyən olunan inkişaf strategiyası məhz dövlətimizin başçısının müvafiq fərman və sərəncamları ilə həyata keçirilməkdədir.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur.
Hamıya yaxşı məlumdur ki, regionlarımızın simasının köklü surətdə dəyişməsi, tərəqqisi, yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Dövlət başçısının regionlara mütəmadi səfərlər etməsinin əsas qayəsi də vəziyyətlə yerindəcə tanış olmaq, vətəndaşlarla görüşüb onların güzəranı, həyat səviyyəsi ilə maraqlanmaq, çatışmazlıqları aradan qaldırmaq, görülməli olan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verməkdir.
Davamlı olaraq Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə, eləcə də digər regionlarda yeni infrastruktur obyektlərinin açılışında iştirakının şahidi oluruq. Yeni yollar salınır, yeni məktəblər, səhiyyə ocaqları inşa edilir. Bir sözlə, Azərbaycanın hər bölgəsində mühüm layihələr həyata keçirilir. Dövlətimizin başçısı son səfərində Qazax, Şəmkir, Samux və Bərdə rayonlarında oldu. Qazax rayonunda mühüm obyektlərin açılışını edən Prezident İlham Əliyev işlərin vəziyyəti ilə yerində maraqlandı. Qazaxda görülən işlər, həmçinin yeni iş yerlərinin açılması deməkdir.
ADA Universiteti Qazax Mərkəzinin açılışı çox mühüm hadisələrdən biridir. Azərbaycana çox böyük və önəmli şəxsiyyətlər yetişdirmiş Qazax Müəllimlər Seminariyasının tarixi nüfuzunun bərpası baxımından bu hadisə elm və təhsilə qayğı nümunəsi kimi yaddaşlarda yaşayacaqdır.
Regionlarımızın günbəgün inkişaf etməsi uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amildir. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verir.
Son illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub, həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.
Gülər Sultanzadə,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, YAP Binəqədi rayon təşkilatının fəal üzvü.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025