Mobil versiya
Naxçıvanda sosial sığorta daxilolmaları ARTDI
Tarix: 08-08-2023 | Saat: 16:57
Bölmə:İqtisadiyyat | çapa göndər

Naxçıvanda sosial sığorta daxilolmaları

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manat təşkil edib.

aia.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

7 aylıq daxilolmalarının 24,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17,9 % artaraq 2,3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,3 % artaraq 14 milyon manat olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024