Mobil versiya
DİQQƏT: Türkiyə ilə Rusiya dollardan İMTİNA EDİR
Tarix: 12-08-2016 | Saat: 12:06
Bölmə:İqtisadiyyat | çapa göndər



Ərdoğan Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərə müsahibə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərə müsahibə verib.

Prezidentə verilən suallardan biri də iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi ilə rubldan istifadə edilməsinə dair olub.

"Əlbəttə, müsbət təsiri olacaq. Məlumdur, sadəcə, səyahətə görə dollar 3 lirə səviyyəsindən aşağı düşdü. Alış-verişləri rubl və TL ilə aparsaq, daha da faydalı olar. Belə bir vəziyyətdə, məsələn, dollar daha da düşər. Valyuta repressiyasından, məzənnə təzyiqindən xilas olmuş olarıq. Həm Rusiya qazanacaq, həm biz qazanacağıq. Onun üçün bu, çox mühümdür. Həqiqətən, gecikdirdik, həll etməyimiz lazımdır", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, ticarətdə türk lirəsi və rubldan istifadə edilməsi təklifi ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə