Mobil versiya
Prezident İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına​ müsahibə verib
Tarix: 05-08-2023 | Saat: 14:27
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına​ müsahibə verib

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbədir. Bu baxımdan​ “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Yaxın 30 il ərzində Azərbaycan torpaqlarında işğal siyasəti, soyqırımlar törədən, milyondan çox insanımzı vandal davranışları ilə yurdundan didərgin salan, 500 min azərbaycanlını tarixi İrəvan, Zəngəzur, Göyçə, Vedibasar və sair Qərbi Azəbaycan ərazilərindən çıxmağa məcbur edən, Azərbaycanın milli-mənəvi, maddi-tarixini məhv edən, insanlarmızı qətlə yetirən cinayətkar Ermənistan öz əməlinə görə beynəlxalq məhkəmədə cavab verməklə bağlı narahatlıq keçirmək əvəzinə, bu gün bu məğlub durumu ilə Azərbaycan torpaqları üzərində olmayan haqqını istəyir.

2020-ci il 10 noyabr sazişinə əsasən kapitulyasiyaya imza atan Ermənistan həmin sənədə əsasən öhtəliklərini yerinə yetirib silahlı dəstələrini ərazilərimizdən çıxarmayıb. Belə ki sülh müqaviləsi bağlamağı deyil, yenidən ərazilərimizə yerləşmək üçün oyunlar çıxarır:

Üstəlik sərhədlərimizi guya “humanitar yük” dolu olan TIR-larla yenidən ayaqlayıb keçməyə cəhd edir. Ən təəssüf doğuran məsələ isə xarici qurumların guya “humanizmə dəstək” adı ilə Azərbaycanın Laçın sərhədi yaxınlığında absurd, axmaq “TIR” şousu yaradan ermənilərə dəstək çıxışlarıdır.

Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsi yönündə kifayət qədər konstruktiv addımlar atır.
Ermənistanın törətdiyi cinayətlərə və son müharibədə kapitulyasiya aktina imza atmasına baxmayaraq yenə də regionda sülhün bərpa edilməsi üçün sülh təşəbbüsləri ilə çıxış edir. Azərbaycan dövlət suverenliyinin təhlükəsziliyi ilə bağlı mövqeyində qətidir və bu, ölkə prezidentinin Vətən müharibəsindən sonra etdiyi bütün çıxışlarında yer alıb.

Ermənistan ənənəsinə uyğun olaraq​ əsassız fikirləri ilə dünyanın diqqətini yayındırmağa, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığını aydın şəkildə büruzə verir: “Dövlət başçısı İlham Əliyev mövcud vəziyyəti bir daha əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən, yəni sərhəd keçid məntəqəsinin qurulduğu vaxtdan Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib. İyunun 15-də Ermənistan növbəti təxribata əl ataraq sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Hansı ki, bu yük maşınlarının, həmçinin sürücülərin uniformaları üzərində​ Qırmızı Xaçın emblemləri var idi”.

“Ermənistan hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır. İşğalçı dövlətə bu gün də dəstəyin davam etdirilməsi dünyada etimadsızlıq mühitini daha da dərinləşdirir

Cənab Prezident İlham Əliyevin Ermənistandakı ermənilərə mesajlar verdi: “Prezident İlham Əliyev bu mesajı ünvanladı ki, onların ölkəsi ilə sülh istəyirik. Digər mesaj hazırkı geosiyasi vəziyyətin və qüvvələr balansının​ aydın dərk edilməsidir. Uzun illər Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın​ ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa,​ Bakıya çatacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu hekayələri məhv etdi. Azərbaycan nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmir”

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025