Mobil versiya
“Caspian” və “Badam” klinikaları ilə MEDİA arasında anlaşma
Tarix: 04-08-2023 | Saat: 14:26
Bölmə:Media / Manşet | çapa göndər

“Caspian” və “Badam” klinikaları ilə MEDİA arasında anlaşma

Bakıda fəaliyyət göstərən “Caspian International Hospital” və “Badam Medical Center”də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək.

aia.az xəbər verir ki, güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq.

Anlaşmaya əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 2023-cü ilin avqust ayının 1-dən etibarən jurnalist vəsiqəsini təqdim etməklə, “Badam” və “Caspian” klinikalarında göstərilən bütün tibbi xidmətlərdən güzəştlə yararlana biləcəklər. Bundan başqa, klinikalarda jurnalistlər üçün vaxtaşırı əlavə kampaniyalar olacaq, onlar üçün hazırlanmış xüsusi paketlər təqdim ediləcək, “check-up” müayinələr keçiriləcək.

Xatırladaq ki, hər iki tibb müəssisəsində “Cərrahiyə”, “Oftalmologiya”, “Terapiya”, “Diaqnostika” və “Laboratoriya” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Memorandumlar əsasında ediləcək güzəştlər bütün şöbələri əhatə edəcək.

Odur ki, qeyd olunan jurnalistlər və onların ailə üzvləri hər iki tibb ocağında müraciət etdikləri xidmət sahəsi üzrə güzəştlərdən rahatlıqla yararlana biləcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə