Mobil versiya
Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi
Tarix: 03-08-2023 | Saat: 12:28
Bölmə:Özəl | çapa göndər

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi

Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ildən artıq müddətdə işğal altında saxladı. Uzun müddət Ermənistanla aparılan danışıqlar nəticə vermədi və sonda Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq işğal faktına son qoydu. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə təkcə 44 günlük müharibənin nəticəsi deyil. Son 18 ildə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar böyük qələbəmizə zəmin yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə pozulmuş beynəlxalq hüquq normalarını bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutacaq. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı düşmənin darmadağın etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirmişdir. Artıq torpaqların bərpası prosesi başlanmışdır. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır, həmin ərazilərdə həyatın bərpası, müasir infrastruktur layihələrinin reallaşdırılması istiqamətində işlərə hazırlıq görülür.Cənab Prezident İlham Əliyev adını tarixə ölkəsinin ərazi bütövlüyünü bərpa edən müdrik dövlət başçısı, güclü lider, müzəffər Ali Baş Komandan kimi yazdı. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Dedi və etdi. Sözünün sahibi olduğunu yenidən ən ali səviyyədə nümayiş etdirdi. Onun fəlsəfəsi budur. Sözü imzası qədər keçərlidir.
Xalq yalnız o Liderlərin ardınca gedir ki, ona inanır, ona güvənir. Bu inam, bu güvənc isə sınaqlardan çıxaraq qazanılır. Əsl lider yalnız o zaman xalqının sevimlisinə çevrilir, onun gözündə ucalır, qəlbində özünə taxt qurur ki, söz və əməl birliyi ilə bütün sınaqlardan alnı açıq, üzü ağ çıxır. Tarix bu həqiqəti dəfələrlə sübut edib, bu həqiqət Prezident İlham Əliyevin simasında tarix səhnəsində bir daha öz təsdiqini tapdı.Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsi ədalətli müharibə idi. Azərbaycan bu müharibəni istəmirdi və əgər ikinci bir seçim olsaydı, bu zaman II Qarabağ savaşı olmaya bilərdi. Bunun üçün işğalçı Ermənistan sadəcə ölkəmizin ərazisindən öz qoşunlarını çıxarmalı idi. Lakin bu baş vermədi. Əksinə, ötən əsrin sonlarında torpaqlarımızın 20%-ni işğal edən erməni separatçıları bütün bu illər ərzində bəsləndikləri cəzasızlıq mühitinin təsirindən daha da azğınlaşır, ölkəmizə qarşı davamlı təxribatlar törədir, yeni ərazi iddiaları irəli sürürdülər.
İki il bundan əvvəl, 27 sentyabr 2020-ci il tarixində Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Məhz bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. Şanlı Ordumuz özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri yalnız döyüş meydanında düşməndən qisas aldılar. İşğalçı erməni ordusundan fərqli olaraq Azərbaycan ordusu heç zaman dinc şəhər və kəndləri, mülki vətəndaşları hədəfə almadı.
Erməni işğalçılarının 30 il ərzində yaratdıqları möhkəmləndirilmiş çoxsəviyyəli müdafiə xətlərindən biri də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığından keçirdi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək, məhz bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, yaxınlığında abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər.
Bu gün isə məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir və şanlı Zəfərimizlə fəxr edir. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilib. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Artıq bundan sonra Azərbaycan xalqı bir də imkan verməyəcək ki, düşmən başını qaldırsın və bizim üçün yenidən təhdid yaratsın. Ölkəmizin günü-gündən artan iqtisadi qüdrəti və hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Birinci Qarabağ müharibəsi Azərbaycanda böyük humanitar fəlakətə səbəb olmuşdur. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.
Əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.
Uğurun əsas amili xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmişdir.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun silah-sursatla təchiz edilməsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Yüksək texniki təminat Ordumuzu daha güclü etdi. Bütün digər sahələrdə olduğu kimi texniki təminat sahəsində də böyük işlər görülmüş və İkinci Qarabağ müharibəsində bunu nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər.
Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025