Cənab Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxundu!
Tarix: 03-08-2023 | Saat: 09:53
Bölmə:Özəl | çapa göndər
Cənab Prezident İlham Əliyev xarici televiziya kanallarına verdiyi hər müsahibələrində bir çox mühüm məsələlərə toxunur. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Başqa bir mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir. Cənab Prezident İlham Əliyevin çıxışları təkcə ölkəmizdə deyil, region ölkələrində, o cümlədən dünya mətbuatında da diqqətlə izlənilir. Çünki bu gün Azərbaycan dünya siyasətində özünü təsdiq etmiş bir gücdür.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regionda ən etibarlı tərəfdaşdır. 44 günlük Vətən müharibəsinin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Cənab Prezident İlham Əliyevin xarici televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev müsahibə zamanı 2023-cü ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş açıqlama verib. Xüsusən 2023-cü ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar. Ötən illərdə olduğu kimi bu ildə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Cənab Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Liderdir! Cənab Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır.
Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq cənab Prezident İlham Əliyev cənablarının çox yüksək səviyyəli və uğurlu rəhbərliyi altında dünyada nüfuzlu dövlətdir. Cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lideridir!
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025