Mobil versiya
İcra başçısı sakinlərin müraciətlərini dinləyib
Tarix: 02-08-2023 | Saat: 11:34
Bölmə:Özəl | çapa göndər

İcra başçısı sakinlərin müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib.
aia.az xəbər verir ki, bu dəfəki səyyar görüş şəhərin Məhsəti küçəsində baş tutub. Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, bələdiyyə sədrləri, İHB Aparatının məsul əməkdaşları və ərazi icra nümayəndələri, idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi qaydada sakinlərlə görüşlər keçirilir. Şəhər rəhbəri Gəncə şəhərində icra olunan infrastruktur layihələri barədə sakinlərə məlumat verib.
Bildirilib ki, Gəncənin Məhsəti və ona paralel olan küçələrində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər yekunlaşıb. Yaxın günlərdə burada avtomobil yollarının və piyada səkilərinin asfaltlanmasına başlanılacaq.
Görülən işlərdən razılıqlarını bildirən sakinlər bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında maddi yardımın göstərilməsi, işlə təminat və digər məsələlər yer alıb.
Hər bir müraciəti diqqətlə dinləyən Niyazi Bayramov, sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib, bir çox müraciət yerindəcə öz həllini tapıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025