Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi
Tarix: 02-08-2023 | Saat: 09:17
Bölmə:Özəl | çapa göndər
Ümumilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən 1 avqust ölkəmizdə Azərbaycan dili və Azərbaycan əlifbası günü kimi qeyd edilir.Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.Ulu öndər bunu çox yaxşı bilirdi və ana dilinin inkişafı üçün hər zaman o cəsarətli mövqeyini göstərmisdir.Hakimiyyətə gəldikdən sonra tamamilə süqut etmiş bir dövlətdən inkişaf gedən çiçəklənən, tərəqqi edən, iqtisadi əlaqələrini gücləndirən,ordu quruculuğ olsun, dövlət sahələri olsun inkişafına öz töhfəsini vermişdi Ulu Öndər.Eyni zamanda ana dilinin inkişafında çox böyük zəhmətləri olmuşdur.
Dilimizin incəliklərini mükəmməl bilən Ulu öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi, bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyərləndirirdi.Bu yolda uğurla addımlayan Ulu öndər
ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında nitqində böyük sevgilərlə xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.Bu gün inkişaf etmiş Azərbaycanın irəlməsi, dirçəlməsi Ulu Öndərin adı ilə bağlıdır onun cəsarəti Azərbaycana olan sevgisi, apardığı uğurlu siyasət zəhmətin bəhrəsidir.
Xəlilova Sərvinaz ,
ADPU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025