Mobil versiya
Anasına əsəbiləşən 16 yaşlı qız oteli yandırıb
Tarix: 29-07-2023 | Saat: 16:09
Bölmə:Özəl | çapa göndər

Anasına əsəbiləşən 16 yaşlı qız oteli yandırıb

AİA.Az xəbər verir ki, ABŞ-da 16 yaşlı qız anası ilə dava etdikdən sonra oteldə yanğın başladıb. Zərərin 200 min dollardan çox olduğu bildirilir.

Polisin verdiyi açıqlamada oteldə qalan 320 müştərinin sürətlə təxliyyə edildiyi, xəsarət alan olmadığı bildirilib. Yanğın yanğınsöndürənlər tərəfindən 7 dəqiqə ərzində söndürülərkən, gənc qız polis tərəfindən saxlanılıb.

Yanğında ittiham olunan Qarsiya, "Anamla dava etdim, sonra o, başqa otaq aldı. Mənimlə danışmır, zənglərimə və mesajlarıma cavab vermirdi. Nə edəcəyimi bilmirdim". və maddi ziyana səbəb olduğunu polisə bildirdi. Anası isə ifadəsində mübahisənin böyüməməsi üçün ayrı otağa keçdiyini, qaldığı otağın nömrəsini qızına zəng edərək dedi. Təxminən 15 dəqiqədən sonra yanğın siqnalı çalmağa başladı. Yanğın siqnalı çaldıqdan sonra qızının otağına getdiyini ifadə edən ana, daha sonra Qarsiyanı otelin dayanacağında tapdığını bildirib. Qızının daha əvvəl belə bir şey etmədiyini dilə gətirən ana "Yaxşı oğlandır" deyib.

Müştərilərin hadisədən sonra səhər saatlarında otaqlarına qayıtdıqları öyrənilərkən, polisin verdiyi açıqlamada zərərin 200 min dollardan çox olduğu ifadə edildi.

Sübhan Məmmədov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025